Siyasət

Qafqaz Müsəlmanları İdarəsinin sədri dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib

23-02-2011 | 21:04        

  

 

 

Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə Qafqazın qanlı terror qurbanı olan Xocalı faciəsinin hələ də tarixin mühakiməsinə verilmədiyi, bu misli görünməmiş soyqırım faktının dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənmədiyi və ən nəhayət  layiqli siyasi qiymətini almadığı vurğulanıb. Bildirilir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəlik terrorizmi ruhlandırmaq kimi qiymətləndirilməlidir.  Və Xocalı faciəsinin tanıdılması istiqamətində aparılan işlərin miqyası genişləndikcə, tarixin mühakiməsinin ədalətli qərar verəcəyinə ümidlər artır.