Siyasət

MDB ölkələri narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparacaqlar

24-02-2011 | 12:08        

  

MDB ölkələri narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparacaqlar. Bu məqsədlə  Mərkəzi Asiyada narkotiklə mübarizə mərkəzinin yaradılması planlaşdırılır. Rusiya Federasiyasının Dövlət Duması narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə aparılmasını nəzərdə tutan Mərkəzi Asiya Regional Məlumat Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı 2009-cu ildə Moskvada imzalanmış müqaviləni təsdiqləyib. Məlumatda yeni qurulacaq təşkilatın mərkəzinin Qazaxıstanın paytaxtı Astanada olacağı bildirilir. Mərkəzdə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təmsil olunacaq. Mərkəz regionda narkotiklə birgə mübarizə aparılması işlərini təşkil edəcəkdir. Mərkəzin büdcəsi üzv və donor ölkələr, həmçinin beynəlxalq təşkilatlar tərəfindən ödəniləcək vəsait hesabına formalaşacaqdır. Mərkəzin büdcəsinin 15 milyon dollar olması nəzərdə tutulur.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR