Bölgələr

Zaqatalada məktəbəqədər təhsil müəssisələri günün tələbləri səviyyəsində qurulur

23-02-2011 | 15:57        

  

Zaqatalada şəhər 1 və 4 saylı körpələr evi - uşaq bağçalarının əsaslı təmirdən sonra açılışı olub. Hər iki bağça lazımi inventar və  avadanlıqla da təchiz edilib.

Zaqatalada fəaliyyət göstərən 39 körpələr evi-uşaq bağçasıbdan daha 2-si əsaslı təmir olunaraq istifadəyə verilib. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısı Mübariz Əhmədzadə məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi və təmiri barədə danışdı, bu işlərin davam etdiriləcəyini bildirdi. Tədbir iştirakçıları bağalarda yaradılan şəraitlə də  tanış oldular. 1928-ci   ildən istifadəyə verilən 1 saylı uşaq bağçası  təmirə qədər 2  qrup üzrə  xidmət  göstərib. Hazırda  isə burda  2  balaca, 2-si  böyük  olmaqla  4  qrup var.  Təlim - tərbiyə  isə  Rus  və  Azərbaycan  dillərində  aparılacaq. 
Şəhər  4  saylı  körpələr  evi  uşaq  bağçası da öz sakinlərini qarşılamağa tam hazırdır. 1940-cı  ildə  istifadəyə  verilən  bağçada  2  qrup  fəaliyyət  göstərir . Bağça lazımi inventarlarla da təmin edilib.


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR