Xarici xəbərlər

Venesuelada təyyarə qəzaya uğrayıb

23-02-2011 | 15:04        

  

Venesuelada təyyarə qəzaya uğrayıb . Hadisə ölkənin cənub-şərqində, Kolumbiya ilə sərhəd ərazidə baş verib. Məlumata görə, “Sesna 340” kiçik sərnişin təyyarəsi yerə çırpılıb. Nəticədə 6 nəfər həlak olub.  Ölkənin Mülki Hava Qəzaları üzrə araşdırma mərkəzi hadisə zamanı həlak olanların şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlayıb. Qəzanın səbəbləri araşdırılır. İlkin ehtimala görə, qəza təyyarənin mühərrikində baş verən nasazlıq səbəbindən baş verib.