Cəmiyyət

AzərTAc TÜRKSOY-un Baş katibliyi tərəfindən “TÜRKSOY-un mətbuat mükafatı”na layiq görülüb

11-01-2011 | 18:54        

  

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc 2010-cu ildə türk dünyasının mədəniyyəti haqqında məlumatlara geniş yer verdiyinə görə TÜRKSOY-un Baş katibliyi tərəfindən “TÜRKSOY-un mətbuat mükafatı”na layiq görülüb. Qurumun Baş katibliyinin 2009-cu ildə təsis etdiyi “TURKSOY-un mətbuat mükafatı” hər il türk mədəniyyətinin dünyada mətbuat vasitəsilə geniş təbliğində və yayımlanmasında xidmətləri olan KİV-lərə verilir. Mükafatların təqdimat mərasimi yanvarın 25-də böyük tatar şairi Qabdulla Tukayın 125 illik yubileyi münasibətilə TÜRKSOY-un elan etdiyi “Qabdulla Tukay ili”nin rəsmi açılış günündə qurumun Ankaradakı iqamətgahında keçiriləcək.