Xarici xəbərlər

ABŞ-da etiraz aksiyaları davam edir

23-02-2011 | 13:06        

  

Birləşmiş Ştatlarda etiraz aksiyaları davam edir. Ötən həftə Viskonsin ştatının inzibati mərkəzi Medisonda başlayan aksiyalara İndianapolis, Ohayo, Ayova və Nyu Cersi ştatlarının sakinləri də qoşulub.

Amerikanın Viskonsin ştatından sonra, İndianapolisdə də ştat rəhbərliyi büdcədən maliyyələşən müəssisələrdə çalışan işçilərin əlavə müavinətlərinin kəsilməsi ilə büdcə kəsirlərini azaltmaq niyyətindədir. Buna etiraz edən  əhali ştatın inzibati mərkəzi olan İndiana şəhərində küçələrə çıxıblar. Aksiyalara poladtökmə, avtomobil və digər sənaye sahələrində çalışan minlərlə işçi qatılıb. Onlar İndiananın qanunvericilik məclisinin binası ətrafında nümayiş keçiriblər. Nümayişçilər işçilərin maaşlarının artırılması, əmək haqlarının indeksləşdirilməsilə bağlı həmkarlar ittifaqlarını müəssisə rəhbərləri ilə danışıqlar aparmaq hüququndan məhrum edən qanun layihəsinə qarşı şüarlar səsləndiriblər. Ştat rəhbərliyi isə qanun layihəsinin qəbul ediləcəyi təqdirdə büdcədən yüz milyonlarla dollar qənaət ediləcəyini bildirib. Viskonsin və İndianapolislə yanaşı, Ohayo, Ayova və Nyu Cersidə də həmkarlar ittifaqları etiraz aksiyaları təşkil edib. Bu ştatlarda da işçilər respublikaçı qubernatorların büdcə kəsirlərini azaltmaq niyyəti ilə müavinətlərin dayandırılması planına etiraz ediblər.