Cəmiyyət

Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq

23-02-2011 | 12:59        

  



Azərbaycanda Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirir ki, hökumətin qəbul etdiyi qərara görə, martın 20-dən 24-dək rəsmi bayram günləridir. Martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 26-sı şənbə, 27 -i isə bazar günləridir. Beşgünlük iş həftəsi olanlar isə 9 gün martın 19-dan 27 –dək  işləməyəcək. Bununla da Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır. Bundan əlavə 8 Mart bayramı münasibətilə istirahət günlərində dəyişiklik edilməyib. Martın 8-i qeyri-iş günüdür.