Siyasət

ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynbergin Cənubi Qafqaz regionuna səfəri planlaşdırılır

23-02-2011 | 12:39        

  

ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynbergin fevralın 23-26 da Cənubi Qafqaz regionuna, o cümlədən Albaniya və Bosniya - Herseqovinaya səfəri planlaşdırılır. Dövlət Departamentinin məlumatına görə görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizliyə dair məsələlər müzakirə olunacaq.  Səfərdə Steynbergi Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin müavini Filip Qordon müşayiət edəcək.