Siyasət

XİN Azərbaycan vətəndaşlarına Yəməndə baş verən son iğtişaşlarla bağlı xəbərdarlıq edir

22-02-2011 | 17:32        

  

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Yəməndə baş verən son iğtişaşlarla  bağlı xəbərdarlıq edir. Nazirlik vətəndaşlara ehtiyatlı olmalarını, vacib olmadıqda səfərlərini təxirə salmalarını tövsiyə edir. Yəməndə daimi və müvəqqəti yaşayan  Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, eləcə də yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə və Səfirliyin Ciddə şəhərindəki Ofisinə müraciət etmələri tövsiyə olunur. Təhlükəsizlik baxımından  xüsusilə Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınması tövsiyə olunur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR