İqtisadiyyat

Azərbaycanla Küveyt arasında müxtəlif sahələri əhatə edən 3 sənəd imzalanıb

11-01-2011 | 17:51        

  

 

Azərbaycanla Küveyt arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ilk iclası keçirilib. Görüşdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Azərbaycan Küveyt birgə komissiyanın ilk iclasında siyasi və diplomatik, iqtisadi, ticarət, maliyyə, energetika, İKT, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Həmçinin 2014-cü ildə İslam Konfransı Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən alqışlanıb, eləcə də ölkəmizin 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəkləyəcəyi bildirilib. İclasın sonunda Azərbaycanla Küveyt arasında birgə komissiyanın birinci iclasının protokolu, iqtisadi və texniki əməkdaşlıq, diplomatik və xüsusi pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında sazişlər imzalanıb. Qeyd edək ki, iclasa Azərbaycan və Küveytin xarici işlər nazirləri Elmar Məmmədyarov və  Şeyx Məhəmməd əl-Sabah rəhbərlik edib.