Xarici xəbərlər

Afrika birliyi ölkələrinin liderləri Kot Divuara toplaşıb

22-02-2011 | 14:36        

  

Afrika Birliyi ölkələrinin liderləri siyasi böhranı aradan qaldırmaq üçün Kot Divuara toplaşıblar. Liderlər kot Divuarın fəaliyyətdə olan prezidenti loran Qqbaqboyla da görüşüblər.

Afrika Birliyi ölkələrinin liderləri Kot Divuarın fəaliyyətdə olan prezidenti Loran Qbaqboya öz səlahiyyətlərini təhvil verməyi təklif ediblər. Lakin Qbaqbo bu təklifi rədd edib. Ötən ilin dekabrında Kot-Divuarda prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə Alassan Uattara daha çox səs toplasa da, Konstitusiya Şurası fəaliyyətdə olan prezident Loran Qbaqbonu qalib elan edib. Bundan sonra ölkədə iki düşərgə-Qbaqbo və Uattaranın tərəfdarları arasında mübarizə başlayıb. Beynəlxalq ictimaiyyət isə Alassan Uattaranı dekabrda keçirilmiş prezident seçkilərinin qalibi hesab edir və Uattaranın qələbəsini tanıdığını dəfələrlə bəyan edib. Kot Divuarda baş verən qeyri-sabitliyə görə Dünya Bankı bu ölkəyə maliyyə yardımlarını dayandırıb. Qərbi Afrika ölkələrinin mərkəzi Bankı da Loran Qbaqbonun bank hesablarının dondurulması barədə qərar qəbul edib. Hazırda Loran Qbaqbo limanlara və silahlı qüvvələrə nəzarəti davam etdirir. Alassan Uattara isə Abicandakı mehmanxanaların birindədir. Onun təhlükəsizliyini BMT-nin sülhməramlı qoşunları təmin edir.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR