Mədəniyyət

Moskvanın "Bolşoy Teatrı"nda Qara Qarayevin 7 gözəl baletinin premyerası olub

22-02-2011 | 12:56        

  

 

Moskvanın "BolşoyTeatrı"nda Qara Qarayevin 7 gözəl baletinin premyerası olub.Premyeradan öncə isə İtar Tass informasiya agentliyində premyeraya həsr edilmiş mətbuat konfansı kecirilib. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin Moskva premyerasına həsr edilmiş mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib. Mətbuat konfransında qeyd edilib ki , Qara Qarayevin “Yeddi gözəl” baletinin Moskva premyerası Rusiya-Azərbaycan mədəniyyətlərarası əlaqələrinin yüksək səviyyədə olmasına daha bir sübutdur. İki ölkənin incəsənət ustalarının yaradıcı əməkdaşlığı şəraitində hazırlanmış tamaşa Rusiya "Bolşoy Teatrı"nın səhnəsində ilk dəfə göstəriləcək. Mətbuat konfransında vurğulanıb ki budəfəki tamaşa iki ölkənin incəsənət ustalarının birgə səyləri ilə hazırlanıb. Qeyd edək ki balet tamaşasının quruluşçu baletmeysteri dünya şöhrətli rusiyalı xoreoqraf Vasili Medvedyev, libretto müəllifi Yana Temiz, kişi partiyasını ifacısı Bolşoy Teatrın solisti Mixail Lobuxin,Rusiya balet ulduzunun tərəf-müqabili isə Azərbaycanın Əməkdar Artisti, Kamilla Hüseynova idi. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu premyeranı əlmətdar hadisə kimi qiymətləndirərək ölkələrimizi bir-birinə bağlayan yaradıcı dostluq tellərinin qədim tarixə malik olduğunu vurğulayıb. İlk dəfə 1952-ci il noyabrın 6-da  oynanılarn tamaşanı bu dəfə İstanbul Dövlət Opera və Balet Teatrının dirijoru Elşad Bağırovun rəhbərliyi ilə Azərbaycan Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib. 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR