Cəmiyyət

Magistratura pilləsinə qəbul imtahanının 1-ci mərhələsinin vaxtı müəyyənləşib

11-01-2011 | 17:45        

  

2011/2012-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının 1-ci mərhələsinin vaxtı müəyyənləşib. Yanvarın 23-də keçiriləcək ilk sınaq imtahanına isə qeydiyyat davam edir. Magistratura pilləsinə  qəbul imtahanına ərizə qəbulu  yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Tələbə Qəbələ üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən  verilən məlumata görə, qəbul imtahanının I mərhələsi isə bu il fevralın 20-də keçiriləcək. Qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq. Qəbulla bağlı elanın tam mətni “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq. Bu arada yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək ilk sınaq imtahanına qeydiyyat davam edir. Qeyd edək ki, qeydiyyat yanvarın 6-dan başlayıb və sınaq imtahanlarının keçirilməsi üçün nəzərdə tutulan yerlərin əksəriyyəti artıq dolub. Bu günə  olan məlumata görə sınaq imtahanı üçün nəzərdə tutulan 31 minə yaxın yerdən yalnız 1090-na yazılış davam edir. Həmin yerlərə yazılmaq üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı Komissiyanın internet səhifəsindən elektron formada əldə edə bilərlər. Belə ki, plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada alaraq, sınaq imtahanına yazıla bilər. İmtahan Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək. Qeyd edək ki, sonrakı sınaq imtahanlarının müntəzəm olaraq aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR