Mədəniyyət

II respublika muğam müsabiqəsi start götürüb

21-02-2011 | 19:34        

  

Kamera və orqan musiqisi zalında İkinci Respublika Muğam Müsabiqəsinin açılış mərasimi keçirilib. Beynəlxalq Muğam Festivalında iştirak edəcək qalibləri müəyyənləşdirmək üçün keçirilən II Respublika Müsabiqəsi fevralın 24-də yekunlaşacaq.  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşan layihənin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyasıdır. Tədbirdə çıxış edənlər muğamın təbliği və tanıdılmasında belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, seçilən 3 nəfər qalib iştirakçı  mart ayında Beynəlxalq Muğam Festivalına qatılacaq. Müsabiqədə iştirak etmək üçün 50-dən artıq müraciət olunub. 1-ci tura isə yalnız 17 nəfər vəsiqə qazanıb. Müsabiqədə “Mirzəhüseyn”, “Şahnaz”, “Qatar” muğamları səsləndirilib. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq və festivalın bağlanış mərasimi olacaq.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR