Cəmiyyət

ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidməti 2 yaşını qeyd edir

21-02-2011 | 19:13        

  

Dillər Universitetində bu ali təhsil ocağının Ictimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin yaradılmasının 2 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Universitetinin rəhbərliyi ilə yanaşı, nazirliklərin, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər. Dillər Universitetinin rektoru Səməd Seyidov ali təhsil ocağında yaradılan xidmətin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, yarandığı vaxtdan Ictimaiyyətlə əlaqələr və Mətbuat xidməti mühüm işlər görüb. Ictimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova xidmətin yaranma tarixi, gödrüyü işlər və perspektivlərindən bəhs edib. Dillər Universitetinin Ictimaiyyətlə əlaqələr və Mətbuat xidməti həm də Universitetin nəşri olan “Poliqlot” qəzetini nəşrə hazırlayır, təhsil ocağının veb-saytını xəbərlərlə yeniləyir. Yeri gəlmişkən, yaxın gələcəkdə veb-sayt bir neçə xarici dildə də təqdim ediləcək. 2010-cu ildə informasiya saytlarında keçirilən rəy sorğularına görə, xidmət ali təhsil müəssislərinin analoji skturkturları arasında birinci yerə çıxaraq, İlin mətbuat xidməti adını qazanıb. Sonda xidmətlə əməkdaşlıq edən KİV nümayəndələri mükafatlandırılıb. Mukafat alanlar arasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC də var idi. Bundan başqa, tədbirdə Dillər Universitetinin 10, mətbuat xidmətinin isə 1 illik yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsində fərqlənmiş tələbələrə də mükafatlar təqdim edilib.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR