Cəmiyyət

“Xocalı Soyqırımı: şahidlərin dili ilə” adlı kitab nəşr olunub

21-02-2011 | 18:31        

  

 

Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində “Xocalı Soyqırımı: şahidlərin dili ilə” adlı kitab işıq üzü görüb. Kitab Azərbaycan və Türkiyə türkcələrində nəşr olunub.

Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalan Xocalı sakinlərinin acı xatirələri yer alıb. Nəşrdə həmçinin həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunan məqalələr; ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Milli Məclisin dünya parlamentlərinə müraciətləri öz əksini tapıb. Bundan başqa, kitabda bu soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılan və qəbul olunan sənədlər də yer alıb. Ayrıca kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları verilib. Kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd, Xocalı həqiqətini daha geniş təbliğ etməkdir. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir şəhərlərində, eləcə də paytaxt Ankarada, Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində ictimaiyyətə təqdim olunacaq və yayılacaq. Yalovada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək və bu tədbirlər çərçivəsində “Hocalı soykırımı: tanıkların dilinden” kitabının təqdimatı və yayımı təşkil olunacaq. Qeyd edək ki, kitabın Azərbaycan dilində olan versiyası Bakıda, soyqırımın ildönümü günü ictimaiyyətə təqdim olunacaq. Bundan sonra kitab xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılması üçün xarici ölkələrə göndəriləcək. Kitab Millət vəkili, Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanıb.  Müəlliflər yaxın zamanlarda kitabın ingilis dili versiyasının da işıq üzü görəcəyini bildiriblər.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR