Siyasət

“Xocalıya ədalət” kampaniyası silsilə tədbirlərə başlayır

21-02-2011 | 16:41        

  

 “Xocalıya ədalət” kampaniyası ilk dəfə olaraq Haqqa tribunalına  soyqırımla bağlı dünya liderlərinə ünvanlanan petisiyanı təqdim ediləcək.  İKT Gənclər Forumun baş katibi Elşad İsgəndərovun sözlərinə görə faciəyəyə hüquqi qiymət verilməsi üçün bu qurumun rəyi çox əhəmiyyətlidir.  Xatırladaq ki,  “Xocalıya Ədalət” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Xocalı faciəsinin 19-cu  və Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması konvensiyasının 60 illiyi ilə əlaqədar olaraq həm onlayn, həm də küçə aksiyalarında Xocalı həqiqətləri haqqında geniş məlumat veriləcək. Dünyanın 30-a yaxın universitetində keçiriləcək flash-move aksiyasında isə azərbaycanlı tələbələrlə yanaşı əcnəbilər də iştirak edəcək, bukletlər paylayacaqlar. İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərovun sözlərinə görə,  geniş miqyaslı təbirlərdən biri Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçiriləcək. Burda “Xocalıya Ədalət” kampaniyasının yeni saytının və bir neçə kitabın təqdimatı da olacaq:

 Elşad İsgəndərovun sözlərinə görə, Böyük Britaniyanın Lordlar palatasında keçiriləcək tədbir də böyük rezonans doğuracaq. Çünki ermənilər özləri də palatada baş tutan aksiyaların əhəmiyyətini xüsusi vurğulayırlar. Eləcə də Haqqa tribunalına  soyqırımla bağlı saytın ana səhifəsində dünya liderlərinə ünvanlanan petisiya təqdim ediləcək. Faciəyə hüquqi qiymət verilməsi üçün bu qurumun rəyi çox əhəmiyyətlidir-deyən baş katibin fikrincə, hazırda “Xocalıya aparan yol” adlı  sənədli film üzərində iş gedir. Petisiya iştirakçılarının sayı 1 milyona çatdıqdan sonra sənədlər ABŞ konqresinə, Avropa Parlamentinə və digər  beynəlxalq qurumlara çatdırılacaq. Elşad İsgəndərov Xocalı hadisəsi zamanı xarici jurnalistlərin çəkdiyi yeni fotolar haqqında da məlumat verib. Xatırladaq ki,  “Xocalıya Ədalət” kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.