Xarici xəbərlər

ABŞ-ın Viskonsin Ştatında büdcə təşkilati işçilərinin etirazları davam edir

21-02-2011 | 13:59        

  

Amerikanın Viskonsin ştatında büdcə təşkilatı işçilərinin nümayişləri davam edir. Ştatın yeni qubernatoru Skott Uoker isə etirazlara baxmayaraq dövlət qulluqçularına verilən əlavə müavinətlərin kəsilməsində israrlıdır. Viskonsin ştatının yeni qubernatoru Skott Uoker əlavə müavinətlərin kəsilməsi ilə ştatın büdcə kəsirlərini azaltmaq niyyətindədir. Buna etiraz edən on minlərlə insan artıq bir həftədir ki, etiraz aksiyaları keçirir. Nümayişçilər qubernatorun istefasını tələb edir. Qubernatorun büdcə kəsirləri ilə mübarizə qaydasına etiraz edənlər Viskonsin ştatının mərkəzi sayılan Medison şəhərində bir neçə inzibati binanı tutublar. Yeni qubernator isə büdcə kəsirlərini azaltmaq yolunu dövlət qulluqçularına verilən maliyyə yardımlarını kəsməkdə görür. Bu isə tibbi sığorta və büdcə təşkilatında işləmiş şəxslərin təqaüdləri üçün təhlükə yaradır. Viskonsin və digər bir neçə ştatın büdcəsində isə ciddi kəsirlər var. 2011-2013-cü illər üçün bəzi ştatların büdcələrində 3,5 milyard dollar kəsir var. Skott Uoker isə büdcə kəsirlərinin azaldılmasında başqa çıxış yolunun olmadığı qənaətindədir. Belə kütləvi aksiyalar Viskonsində ilk dəfə olaraq keçirilir. Ştat sakinlərinə on minlərlə insan internet vasitəsilə dəstək verir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da büdcə kəsirlərini azaltmaq üçün dövlət qulluqçularının əmək haqlarının dondurulmasını təklif edib. Ağ ev bu üsulla il ərzində 2 milyard dollar qənaət ediləcəyini düşünür. Baxmayaraq ki, 1,5 trilyon dollar büdcə kəsirinin qarşısında iki milyard dollar çox cüzi rəqəmdir.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR