Mədəniyyət

“ İ Culture” orkestrində Azərbaycan musiqiçiləri də təmsil olunacaq.

21-02-2011 | 14:08        

  

Polşanın Azərbaycandakı səfirliyi və Bakı Musiqi Akademiyası birgə layihəsi əsasında  gənc ifaçıların dinləməsi və seçimi keçirilib. Seçim turlarından keçən musiqiçilər “ İ Culture"  Orkestrində təmsil olunacaq. 

Polşa və Avropa İttifaqının şərqində yerləşən musiqiçiləri bir araya gətirən orkestrdə 6 ölkənin nümayəndələri təmsil olunacaq. Bu ilin iyulunda fəaliyyətə başlayacaq orkestr oktyabrda Avropa qastroluna çıxacaq. İlkin mərhələdə repertuarda  Şostakoviç, Çaykovski kimi bəstəkarların əsərləri səslənək. Növbəti mərhələdə isə üzv ölkələrin musiqilərinə müraciət olunacaq. Musiqi Akademiyanın rektoru Fərhad Bədəlbəyli bu layihənin əhəmiyyətindən danışdı, Polşa ilə ölkəmiz arasında bütün sahələrlə yanaşı, mədəni əlaqələrin də mövcud olduğunu bildirib. Vurğulayıb ki,  bu layihə çərçivəsində yaradılacaq yeni  orkestr, dünyanın bir sıra məşhur konsert salonlarında çıxış edəcək.  Polşanın Azərbaycandakı səfiri Michal Labenda da mədəniyyətin insanları daha da yaxınlaşdırdığını  deyib. Qeyd edib ki,  “ İ Culture"  orkestri Adam Mikieviç İnstitutu tərəfindən hazırlanan unikal və innovativ proqram kimi, Polşa Prezidentliyinin mədəniyyət layihələrinin ən vacib elementidir. Layihənin rəhbəri Pavel Kotla isə bundan əvvəl Ukrayna və Belarusda seçim etdiklərini bildirib. Vurğulayıb ki, Azərbaycanda 25 musiqiçi arasında seçim aparılacaq. Ümumilikdə isə orkestrdə 104 musiqiçi təmsil olunacaq. Müsabiqə hər il keçiriləcək.   Sonra tələbələrin ifaları dinlənildi. Seçimlər fevralın 21-dən, 22–dək  aparılacaq.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR