Mədəniyyət

“Mədəniyyətlərarası dialoq” mövzusunda ən yaxşı foto müsabiqə elan olunub

21-02-2011 | 12:56        

  

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyətlərarası dialoq” mövzusunda foto müsabiqəsi elan edib. Ən yaxşı işlər seçilərək forumun toplantısında təqdim olunacaq Ümumdünya Mədəniyyətlərarası Forumda Azərbaycanı mədəniyyətlərarası dialoq mərkəzi kimi  təqdim etmək məqsədilə “Ən Yaxşı Fotoşəkil” müsabiqəsi elan olunub. Dünya xalqları və müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etmək məqsədilə “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən müsabiqədə işlər  martın 15-dək qəbul olunacaq. Müsabiqəyə təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Müsabiqəyə təqdim edilmiş fotoların əsasında forumun keçiriləcəyi məkanda – “Gülüstan” sarayında foyedə 30-50 əsərlik fotosərgi təşkil ediləcək. Forum iştirakçıları 7-9 aprel tarixlərində gizli səsvermə yolu ilə müsabiqənin qaliblərini təyin edəcəklər. Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilir. Təltifetmə mərasimi 8 aprel tarixində forum iştirakçılarına veriləcək ziyafətdə “Buta” sarayında keçiriləcək.