İqtisadiyyat

Ölkə əhalisinin iqtisadi fəal hissəsinin sayı 4 milyon 347 min nəfəri keçib

19-02-2011 | 15:21        

  

 

 

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 347 min nəfərdir. Onlardan 4 milyon 89 min nəfərini və ya 94,1 faizini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki,  il ərzində məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 milyon 370,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 858,1 min, qeyri-dövlət bölməsində isə 492 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan  işçilərin  20,4  faizi məhsul istehsalı sahələrində  işləyir.  Xidmət sahəsində çalışanlara gəlincə 25,5 faiz təhsil, 19,8 faiz topdan və pərakəndə ticarət, avtomobil təmiri, 10 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışır. Digər iqtisadi fəal əhali qrupu isə nəqliyyat və anbar təsərrüfatı, istirahət, əyləncə və incəsənət sahəsində, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, inzibati və yardımçı xidmətlərin göstərilməsi, yaşayışın təşkili və ictimai iaşə və digər sahələrdə xidmətlərin göstərilməsi ilə  əlaqədar əməliyyatlar sahələrində cəmlənib. Rəsmi işsiz statusu verilən şəxslərin sayı 39,2 mindir.