Mədəniyyət

Azərbaycanda “Beynəlxalq Şirniyyat günü” qeyd olunub

20-07-2012 | 17:04        

  

 

İyulun 20-i Beynəlxalq   Şirniyyat günüdür. Bu gün ənənəyə uyğun olaraq dünyanın hər yerində müxtəlif çeşidli tortlar  hazırlanmalıdır. Azərbaycanda da şirniyatı çox sevirlər və bayram tədbirləri paytaxtımızda da qeyd olunub.

 “Məhəbbət Krallığı” adı altında keçirilən bayram tədbirinin bir devizi var idi. “Şirin dünya, şirin həyat”. Milli Aerokosmik Agentliyin dəstəyi ilə həyata keçirilən şirniyyat bayramı həm də kosmosa həsr edilib. Kosmosda həyat şirin və müharibələrdən uzaqdır. Hazırlanan tortlar da kosmos mövzularına uyğun idi. Milli Kulinariya Mərkəzi təşkilatçılığı ilə paytaxtın müxtəlif 3 məkanında bayram tədbiri qeyd edilib. Sakinlərə və uşaqlara pulsuz şirniyyatlar paylanıldı. Milli şirniyyatlarımız da bayramın əsas atributlarından idi. 

Keçirilən tədbir internet vasitəsi ilə bütün dünyaya yayımlanıb. Layihənin təsisçisi İsrailin “Məhəbbət krallığı ”ictimai təşkilatıdır.