Mədəniyyət

Milli Kitab mükafatının növbəti müsabiqəsi keçiriləcək

11-01-2011 | 16:25        

  

Milli Kitab Mükafatı  ekspertlərinin adları məlum olub. Müsabiqənin qalibləri pul mükafatı ilə təltif olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən  Milli Kitab Mükafatının  Ekspertlər şurası ilk dəfə olaraq  toplantı keçirib. Təsisçi Nigar Köçərli vurğuladı  ki, bu  toplantıda məqsəd əsərlərin dəyərləndirmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul  edilməsidir. Keçən il  müşahidəçilərin adları gizli saxlanılıb.  Bu il də onların kənar təzyiqlərə  məruz qalmaması səbəbdən adları açıqlanmır. Münsiflər heyətin tərkibi isə tənqidçi, filoloq Elnarə Tofiqqızı, şair, tərcüməçi Mahir Qarayev, tənqidçi filologiya elmlər doktoru Tehran Əlişanoğlu, yazıçı, tərcüməçi Yaşar, köşə yazarı Qan Tural və yazar Zahir Əzəmət olmaqla 6 nəfərdən ibarətdir.

Xatırladaq ki, müsabiqəyə  hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda  yazılmış nəsr əsərləri qəbul olunur. Martın 20-də  20 ən yaxşı, martın 27-də isə 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq. May ayının 31-də qaliblərin adları elan olunacaq.     Milli kitab mükafatı  müsabiqəsinin hər il  keçirilməsi nəzərdə tutulub.