Cəmiyyət

Azərbaycan BDU-nun yeni internet saytı təqdim olunub

18-02-2011 | 18:50        

  

 

 Artıq Bakı Dövlət Universiteti barədə bütün məlumat və xəbərləri təhsil ocağının   Mətbuat və informasiya şöbəsinin internet saytından əldə etmək mümkün olacaq. İnternet səhifəsinin təqdimat mərasimində  "Universitetin  dostu” nominasiyasının  qaliblərinə mükafatlar da təqdim olunub.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov məlumat verdi ki, rəhbərlik etdiyi təhsil ocağı son illər böyük uğurlar qazanıb və bu nailiyyətlər kütləvi informasiya vasitələrində mütəmadi olaraq işıqlandırılır. Rektor vurğuladı ki, Universitetinin Mətbuat və informasiya şöbəsinin internet saytının istifadəyə verilməsi ölkənin aparıcı ali təhsil ocağının həyatında baş verən yeniliklərin ictimaiyyətə  operativ və dəqiq çatdırılmasında mühüm rol oynayacaq. Veb səhifədə məlumatlar 3 dildə təqdim olunacaq.

Akademik Abel Məhərrəmov universitetin əldə etdiyi nailiyyətlərdə  kütləvi İnformasiya vasitələrinin rolunu yüksək qiymətləndirdi. Məhz jurnalistlərin səmərəli fəaliyyəti təhsil ocağının nüfuzunun təkcə ölkə daxilində deyil, xaricdə də artmasına səbəb olduğunu vurğuladı. Sonra Universitetin dostu nominasiyasında qalib gələn 8 kütləvi informasiya vasitəsinin rəhbərlərinə, o cümlədən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinə mükafat təqdim olunub. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev Bakı Dövlət Universitetinin Azərbaycanın ictimai siyasi həyatında mühüm rol oynadığını bildirdilər. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu təhsil ocağı nəyinki Azərbaycanın eləcə də dünyanın nüfuzlu universitetləri sırasında yer alır. Tədbirdə həmçinin universitetin bir qrup əməkdaşına da xatirə hədiyyələri və mükafatlar verilib.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR