Cəmiyyət

Bu il yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanacaq

18-02-2011 | 16:06        

  

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Proqramına əlavələr hazırlanıb. Bu il paytaxtdakı yataqxanalarla yanaşı, regionlardakı uşaq bağçaları, məktəblər, hərbi hissələr və fin qəsəbələrində məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsinə başlanılacaq. Məcburi köçkünlərin köçürüləcəyi yeni qəsəbələrin tikintisi üçün artıq torpaq sahələri ayrılıb. Bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Yeni əlavədə vaxtı ilə məcburi köçkünlərin məskunlaşdığı yaşayış binalarının boşaldılması və onların yeni tikiləcək qəsəbələrə köçürülməsi əksini tapacaq. Həmçinin, məcburi köçkünlərin məskunlaşdıqları texniki peşə məktəblərində yenidənqurma işləri aparılması nəzərdə tutulur. Bu il Paytaxtda yataqxanalarla yanaşı, regionlardakı uşaq bağçaları, məktəblər, hərbi hissələr və fin qəsəbələrində məskunlaşan məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsinə başlanılacaq. Qeyd edək ki,  Bakı şəhərində yalnız Təhsil Nazirliyinə məxsus yataqxanalarda 15 min ailə və ya 50 min nəfər yaşayır. Ümumilikdə isə Bakıdakı yataqxanalar, sanatoriyalar, uşaq baxçaları, məktəblər və  yarımçıq tikililərdə 210 minə yaxın qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.