Cəmiyyət

RİTN-DƏ İranın İnformasiya texnologiyaları və kommunikasiya naziri ilə görüş keçirilib

18-02-2011 | 16:03        

  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İran İslam Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

 Görüşdə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycan-İran Respublikaları arasında mövcud olan dostluq münasibətlərinin strateji əməkdaşlıq sahəsində əhəmiyyətli rol oynadığını  bildirib. Nazir eyni zamanda rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlərindən danışdı. Azərbaycanda səfərdə olmaqdan böyük məmnunluq hissi duyduğunu deyən İran İslam Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Reza Tağıpur Ənvəri Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. Bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksəkdir. O, İKT sahəsində həyata keçirilən məqsədyönlü işlərdən də danışıb. Görüşdə telekommunikasiya və poçt sektoru, beynəlxalq trafiklərin ötürülməsi, sərhəd bölgələrində efir məkanının qorunması sahəsində fikir mübadiləsi aparılıb. Xüsusi ilə coğrafi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında televiziya və radio yayımının tənzimlənməsi, eləcə də kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

 

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR