İqtisadiyyat

Dünya Bankı növbəti 2 il ərzində Azərbaycana 280 milyon dollar vəsait ayıracaq

18-02-2011 | 15:54        

  

Dünya Bankı  növbəti 2 il ərzində Azərbaycana 280 milyon dollar vəsait ayıracaq. Bunu dünya bankının Azərbaycan üzrə meneceri Cozef Ouen Bakıda Azərbaycanın beynəlxalq investisiya layihələrinin reallaşdırılması mövzusunda keçirilən biznes forumda deyib. Qurum nümayəndəsi əlavə edib ki, ayrılacaq vəsait əsasən nəqliyyat, dəmir yolu, kanalizasiya, ətraf mühitin qorunması, təhsil, ədliyyə sahələrini əhatə edir. Bütün bunlarla yanaşı Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 200 mln. dollar ayrılacaq. Hazırda isə ali təhsil sahəsi olmaqla, Azərbaycan üzrə aktiv 18 layihə üzərində işlənilir. Asiya inkişaf Bankı isə növbəti bir neçə il ərzində Azərbaycanda 3 sektora diqqət yetirəcək. Qurumun rəhbəri Olli Norokononun sözlərinə görə bunlar əsasən nəqliyyat, şəhər xidməti və enerji sahələridir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR