Mədəniyyət

Uşaqların kino bayramı keçirilib

18-02-2011 | 15:50        

  

 Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Film Fondunda “Uşaq kino bayramı” keçirilib. Bayramda uşaq evləri, qaçqın məktəbləri, Bakının ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Öncə söz uşaqlara verilib. Balaca rəqqaslar rəqsləri ilə məclisi ələ alıblar. Sonra şən kulounlar bayramı daha da maraqlı edib.  Bayramda milli cizgi filmlərinin yaradıcı heyəti ilə də görüş olub. Uşaqlar cizgi filmləri üzrə  keçirilən ssenari müsabiqəsinin qalibləri ilə tanış olublar. Diplom alan qalibləri alqışlayıblar . Böyüklərsə onlara söz veriblər  ki,  hər il maraqlı filmlərə onların görüşünə gələcəklər. Doyunca əylənən uşaqlara  musiqili əyləncə proqramı ilə yanaşı maraqlı filmlər və hədiyyələr təqdim olunub.  “İt sərgisi”, “Tırtıl”, “Cəsur təyyarə”  adlı cizgi filmlərinin təqdimatı onların bayram ovqatını daha da artırıb.