Xarici xəbərlər

İspaniya hökuməti ETA-nın sülh barədə təklifini qəbul etmir

11-01-2011 | 16:17        

  

İspaniya hökuməti Bask qruplaşması olan ETA-nın müddətsiz atəşkəs barədə təklifini rədd edib. Rəsmi Madrid ETA-nın fəaliyyətini dayandırması ilə bağlı bəyanat gözləyir.

İspaniyanın baş naziri Xose Luis Rodriqez Zapatero bildirib ki, ETA-nın yanvarın 10-da verdiyi bəyanat rəsmi Madridi qane etmir. Ölkədə daimi sabitliyin yaranması üçün ETA başqa bir bəyanatla çıxış etməlidir.

X.L.R.Zapatero: “ ETA müddətsiz sülh barədə qərarı bizi razı salmır. Biz ETA-dan qruplaşmanın buraxılması barədə bəyanatı gözləyirik. Bizi yalnız ETA-nın fəaliyyətinin dayanması razı salar. Onda biz arxayın olarıq.”

ETA əvvəllər də atəşkəs barədə bəyanatlar verməsinə baxmayaraq, qruplaşma separatçılıq fəaliyyətini davam etdirib. 40 il fəaliyyəti ərzində ETA 12 dəfə atəşkəs elan edib. İspaniyanın şimalı və Fransanın cənub-qərbindəki 7 vilayətin müstəqilliyi uğrunda mübarizə aparan ETA qruplaşması 1959-cu ildən fəaliyyət göstərir. ETA-nın separatçılıq fəaliyyəti nəticəsində indiyədək 820-dən çox insan həlak olub.