Cəmiyyət

“Xalq Kompüteri” layihəsi çərçivəsində bu günədək 10 min 300 kompüter istehlakçılara təqdim olunub

25-12-2010 | 19:52        

  

“Xalq Kompüteri” layihəsi çərçivəsində bu günədək 10 min 300 kompüter istehlakçılara təqdim olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətinin Azərbaycandakı nümayəndəliklərinin birgə həyat keçirdikləri bu layihə Şərqi Avropada ən uğurlu layihələrdən hesab olunur.
İcrasına 2009-cu ilin aprelindən pilot layihə kimi başlanan “Xalq kompüter” layihəsi hazırda respublikanın bütün bölgələrini əhatə edir. Təhsil sahəsində İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə bağlı aparılan dövlət siyasətinin davamı olan bu layihə 2005-2007-ci illərdə həyata keçirilən Məktəblərin kompüterləşdirilməsi üzrə dövlət proqramının davamıdır. “Xalq kompüteri” layihəsi hazırda icra olunan 2009-2012-ci illər üçün məktəblərin informasiyalaşdırılması və internetlə təmin olunması üzrə dövlət proqramının da əsas hissəsini təşkil edir. İlkin olaraq informasiya kommunikasiya texnologiyalarından yararlanmaq istəyən ümumtəhsil məktəbləri və müəllimlər üçün nəzərdə tutulan layihə hazırda ali məktəblərə də şamil olunur. 
Nazir müavinin sözlərinə görə, “Xalq kompüteri” layihəsində iştirak edən təşkilat və şirkətlərin də sayı artıb. Bəzi təşkilatlar istehlakçılara münasib qiymətə printer, skayner, geniş zolaqlı internetə çıxış üçün modem, datakart və digər avadanlıqlar da təklif edir. Nəticədə istehlakçı bazar qiymətindən ucuz, lisenziyalı proqramlarla təchiz olunan 6 çeşiddə kompüterdən birini faizsiz kreditlə əldə edə bilir. “Xalq kompüteri” layihəsinin gələcəkdə digər sosial təbəqələrə də şamil edilməsi nəzərdə tutulub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR