Siyasət

İtaliya və İspaniya da vətəndaşlarını Azərbaycanın işğal olunan rayonlarına səfər etməməyə çağırıb

18-02-2011 | 14:51        

  

İtaliya və İspaniya da vətəndaşlarını Azərbaycanın işğal olunan rayonlarına səfər etməməyə çağırıb. Dağlıq Qarabağ regionuna və ətrafdakı 7 rayona səfər etməkdən çəkindirən çağırış hər ölkənin xarici işlər nazirliklərinin rəsmi internet saytında yerləşdirilib. Qeyd olunur ki, 1994-cü ildən tərəflər arasında imzalanan atəşkəs rejiminə baxmayaraq, həmin ərazilərdə tez-tez atışmalar baş verir. Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ regionuna arzuolunmaz səfərlərdən çəkinmək barədə Polşa, Fransa, Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirlikləri öz ölkələrinin vətəndaşlarına xəbərdarlıq ediblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR