Siyasət

Parisdə AŞPA-nın Qadınlar və kişilər üçün bərabər imkanlar komitəsinin iclası keçirilib

18-02-2011 | 14:22        

  

 


 

Parisdə Avropa Şurası Parlament Assambleyasının Qadınlar və kişilər üçün bərabər imkanlar komitəsinin iclası keçirilib. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi toplantıda qadınlara qarşı törədilən məişət zorakılığının aradan qaldırılması, səlahiyyətli qurumlarda qadınların təmsilçiliyi və digər mövzularda müzakirələr aparılıb. Komitə Misirdə və Tunisdə demokratiyanın inkişafı və həyatın bütün sahələrində gender bərabərliyinin təminatı üçün Avropa Şurasının mövcud təcrübəsini bölüşməyi qərara alıb. Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin Parisdə keçirilən iclasında isə dinlərarası dialoq, təhsildə seçim etmə azadlıq və digər mövzularda müzakirələr aparılır.