İqtisadiyyat

Polşada “Şərq tərəfdaşlığı”nın perspektivləri müzakirə edilib

18-02-2011 | 14:20        

  

Polşanın Torun şəhərində keçirilən 18-ci Beynəlxalq İqtisadi Forumunda “Şərq Tərəfdaşlığı” təşəbbüsünün perspektivləri müzakirə edilib. Tədbirdə Azərbaycanın öz nefti və qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi  xüsusi qeyd edilib. Torun Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığının gələcəyi” adlı konfransda Azərbaycanın Avropa İttifaqı  və quruma üzv olan ölkələrlə səmərəli şəkildə əməkdaşlıq etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması üçün müvafiq Avropa strukturları, o cümlədən Venesiya komissiyası ilə uğurlu əməkdaşlıq aparılır, Azərbaycan öz nefti və qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir.  Eləcə də ölkəmiz tərəfindən Avropa İttifaqına inteqrasiyaya xüsusi önəm verildiyi , bu baxımdan gələcəkdə vizasız rejimə keçid və açıq bazarlar haqda düşünüldüyünü bildirilib. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da öz çıxışında  Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın torpaqlarımızı hələ də işğal altında saxladığını və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirib. Münaqişənin bütün Avropanın təhlükəsizliyinə hədə olduğuna diqqət çəkən səfir ictimai birliyi Azərbaycanın haqlı mövqeyinə obyektiv yanaşmağa çağırıb. Xatırladaq ki, Beynəlxalq İqtisadi Forum hər il keçirilir və müxtəlif sahələr həsr edilir

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR