Rəsmi xronika

Prezident İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17-02-2011 | 20:37        

  

 

Prezident İlham Əliyev fevralın 17-də İran İslam Respublikasının informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, İranın dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq etməyi Prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını deyib. Nazir bildirib ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə səfərinin uğurlu olduğunu və yaxşı nəticələr verdiyini deyib.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR