Cəmiyyət

AMEA-nın magistratura pilləsi üçün təklifləri hazırdır

17-02-2011 | 18:57        

  

Milli Elmlər Akademiyası magistratura pilləsinə qəbulla bağlı öz təkliflərini hazırlayıb. Akademiyanın təklifləri yaxın günlərdə İqtisadi İnkişaf Nazirliyinə göndəriləcək. Magistraturaya qəbul zamanı dövlət sifarişi nəzərə alınacaq. Təhsilin bu pilləsinə qəbul üçün Milli Elmlər Akademiyasında  elmi-tədqiqat işləri aparılan və doktorantura təhsili mövcud olan ixtisaslara üstünlük veriləcək. Lakin bu tələblərə cavab verməyən ixtisaslara da biganə yanaşılmayacaq.  Magistraturaya qəbulla bağlı ixtisas seçimində təkcə Akademiyanın Bakıda yerləşən İnstitutları deyil, regional elmi mərkəzlərin prioritet ixtisaslarına uyğun olan elmi kadrların hazırlanması nəzərə alınacaq.


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR