Rəsmi xronika

Prezident İlham Əliyev Kubanın Xarici İşlər naziri B.E.R.Parririllanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

17-02-2011 | 17:07        

  

 

 Prezident İlham Əliyev Kubanın Xarici İşlər naziri Bruni Eduardo Rodrigez Parririllanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın önəmini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Azərbaycanda Kubanın səfirliyinin açılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq arenada daha fəal əməkdaşlıq etmələrinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, bunun münasibətlərimizə inkişafına mane olmayacağına ümidvar olduğunu deyib . Kubanın xarici işlər naziri Bruni Eduardo Rodrigez Parririlla Azərbaycana səfərindən məmnunluğunu bildirib. O , ölkəmizə ilk dəfə səfər etdiyini və Azərbaycanda tanışlığından onda çox böyük təəssürat yaratdığını deyib. Xarici İşlər Naziri ölkələrimizin xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu vurğulayaraq Kubada Azərbaycan xüsusi münasibət bəslənildiyini qeyd edib.