Cəmiyyət

Sahibkarlığa kömək milli fondunun yeni saytının təqdimatı keçirilib

17-02-2011 | 16:36        

  

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun yeni saytının təqdimatı keçirilib. Sayt iki dildə-Azərbaycan və ingilis dilində fəaliyyət göstərəcək. www.anfes.gov.az Saytın təqdimat mərasimində İqtisadi İnkişaf  Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına sistemli dövlət dəstəyindən  bəhs etdi. Görülən işlər nəticəsində özəl bölmənin ÜDM-də payının 80%-i ötdüyünü diqqətə çatdırdı. Fondun icraçı direktoru Şirzad Abdullayev isə dedi iki, yeni saytda Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, müraciət forması, kreditlərin ölkənin iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı və  digər məlumatlar əks etdirilib. Saytda həmçinin Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati rayonlarda yerləşən filialları haqqında məlumatlara ictimaiyyətin sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılıb. 2011-ci ilin ötən dövrü ərzində Fond müvəkkil kredit təşkilatları vasitəsilə 154 sahibkara 15,5 milyon manat güzəştli kredit verib. Kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi yaradılacaq.