Cəmiyyət

“Türk xalqları vətəndaş cəmiyyəti forumu” təsis edilib

17-02-2011 | 16:12        

  

 Bakıda  “Türk xalqları Vətəndaş Cəmiyyəti Forumu”nun təqdimat mərasimi olub. Beynəlxalq qurum, ictimai birlik və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə qurumun məqsəd və vəzifələri barədə məlumat verilib.

 Mətbuat konfransında məlumat verilib ki, forumun yaradılmasında əsas məqsəd türkdilli dövlət və topluluqlarındakı vətəndaş cəmiyyəti nümayəndələri ilə daha sıx əməkdaşlıq etməkdir.  Qeyd olunub ki, türk dünyasının həmrəyliyi həm Azərbaycan, həm də digər türk xalqlarının mənafeyi baxımından çox böyük əhəmiyyət daşıyır, bunun üçün bütün sahələr üzrə əməkdaşlıq münasibətləri vacibdir. Türkdilli ölkələrin mədəniyyət və incəsənət sahəsində ortaq qurumu olan TÜRKSOY, Türk Dövlətləri Bələdiyyələri Birliyi, Türk Dövlətlərinin Assambleyası, Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurası kimi təşkilatların da bu sahədə uğurlu ortaq layihələrə imza atdıqları bildirilib. Tədbirdə çıxış edənlər türkdilli dövlətlərin nümayəndələri forumunun təsis edilməsini yüksək qiymətləndirdilər  və qurumun fəaliyyətinin genişləndirilməsi üçün təkliflər veriblər.