Xarici xəbərlər

ABŞ Müdafiə naziri konqresdə çıxış edib

17-02-2011 | 14:42        

  

 

Amerika hərbiçiləri İraqı tamamilə tərk etdikdən sonra rəsmi Bağdad ölkənin təhlükəsizliyini və hava sərhədlərini müdafiə etmək iqtidarında olmayacaq. Bunu Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts Konqresin nümayəndələr palatasında çıxışı zamanı bildirib.

Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts Nümayəndələr Palatasında çıxışı zamanı deyib ki, amerikalı hərbçilərin İraqı tamamilə tərk etməsi bu ölkəni yeni problemlərlə üz-üzə qoya bilər. Əvvəllər İraqda 170 min Amerika hərbçisi xidmət göstərirdisə, hazırda onların sayı  50 minədək azaldılıb. Rəsmi Vaşinqton və Bağdad arasında mövcud sazişə əsasən isə Birləşmiş Ştatlar hərbi qüvvələrini 2011-ci ilin sonuna qədər İraqdan tamamilə çıxarılmalıdır. Bu, Amerika prezidenti Barak Obamanın təsdiqlədiyi planda da öz əksini tapır. Pentaqon rəhbəri Robert Qeyts onu da əlavə edib ki, İraqda hərbi təyyarələrin azlığı, hava sərhədinin mühafizəsi üçün maddi-texniki bazanın və kadr təminatının olmaması da bu ölkədə problemlərə səbəb olacaq.