Digər

Qeyri-sabit hava şəraiti yanvarin 13-nə kimi davam edəcək

11-01-2011 | 14:33        

  

 Ölkə ərazisində müşahidə olunan soyuq hava şəraiti yaxın üç gün ərzində davam edəcək. Respublikanın rayonlarına intensiv qar yağacağ. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilir ki, ölkə ərazisində yanvar ayına xas olan hava şəraiti müşahidə edilir. Bu gün paytaxtda buludluluq üstünlük təşkil edəcək. Bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Azərbaycanın  dağlıq və dağətəyi rayonlarda isə  qar yağacağ. Bəzi şərq rayonlarında yağıntının arabir intensivləşəcəyi, Lənkəran-Astara zonasında güclü olacağı ehtimalı var.  Yağıntı nəticəsində çaylarda sululuğun səviyyəsi artıb.  Respublika ərazisində qeyri sabit hava şəraiti yanvarın 12-sində gündüzdən başlayaraq respublikanın qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Ayın 13-ü əsasən yağmursuz keçəcək. Lakin, gecə və səhər Lənkəran-Astara bölgəsinin ərazilərində yağıntılı keçəcəyi ehtimalı var.  Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq. Lakin, şimal-şərq küləyinin üstünlüyü ilə əlaqədar rütubətli və soyuq diskomfort şərait bir qədər  narahatlıq hissi yarada bilər.