Siyasət

“Sosial xidmət haqqında” yeni qanun layihəsi hazırlanır

16-02-2011 | 18:26        

  

“Sosial xidmət haqqında” yeni qanun layihəsi hazırlanır. Layihə ilk dəfə olaraq Milli Məclisin sosial-siyasət komitəsinin iclasında müzakirə olunub.  “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. Bu əlavə və dəyişikliklər Milli Məclisin sosial-siyasət komitəsinin iclasında müzakirə olundu. Komitə sədri Hadı Rəcəbli bu barədə məlumat verərək deyib ki, qanunun 43-cü maddəsinə təklif olunan əlavəyə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq. Müzakirələr zamanı çıxış edən millət vəkilləri, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov son zamanlar vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıblar. Bildiriblər ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil təminatı dövlətin həyata keçirdiyi sosial proqramların tərkib hissəsidir. Millət vəkilləri “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklər də müzakirə etdikdən sonra hər iki sənədə parlamentin plenar iclasında baxılmağı məqbul sayıblar. İclasda “Sosial xidmət haqqında" yeni qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, qanun çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirəcək, münasibətləri tənzimləyəcək. Qanun vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Belə bir qanunun qəbulunu zəruri sayan millət vəkilləri layihə parlamentin plenar iclasına təqdim olunanadək işçi qaydada yenidən müzakirəsini vacib sayıblar.


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR