Cəmiyyət

Ermənilər Azərbaycan musiqisinin ecazkarlığını etiraf etdilər

16-02-2011 | 17:15        

  


Azərbaycan mahnılarını hər zaman özünküləşdirməyə cəhd edən ermənilər bu dəfə ecazkar Azərbaycan musiqisi qarşısında aciz olduqlarını etiraf ediblər. Ermənistan cəmiyyətində Azərbaycan musiqisinə olan sevgi açıq şəkildə etiraf edilir. Belə ki, Ermənistanın Şanti telekanalının “Horizon” xəbərlər proqramında bəstəkar Vahram Petrosyan erməni gənclərin Azərbaycan və türk melodiyalarını bəyəndiklərini bəyan edib. O, əminliklə deyib ki, bu mahnıları dinləyənlərin hamısı eyni fikirdədirlər. Vahram Petrosyan efir vasitəsilə ermənilərin Azərbaycan musiqisini sevdiyini də etiraf edib. “Mənim elə dostum yoxdur ki, Azərbaycan musiqisini sevməsin”, - deyən Petrosyan onu da əlavə edib ki, Azərbaycan musiqisinin çox gözəl ahəngi var və bundan istifadə etmək olar. Onunla eyni proqramda çıxış edən digər bəstəkar Sasun Paskeviçyan isə əlavə edib ki, Azərbaycan öz musiqisini ermənilərə təbliğ etməyə müvəffəq olur. Paskeçyan erməni musiqisinin səviyyəsinin aşağı olduğunu da etiraf edib.