Cəmiyyət

Korrupsiyaya qarşı mübarizəyə dəstək məqsədilə yeni sayt istifadəyə verilib

16-02-2011 | 16:27        

  

 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə yeni sayt istifadəyə verilib. Saytda bütün xidmətlər üzrə dövlət tarifləri və digər məlumatlar yerləşdirilib. Portal iki dildə - Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Rusum.az portalının yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Bu saytda vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatlar veriləcək. Bu bütün rüsumlar və tariflər barədə yaradılan ilk vahid informasiya mənbəyidir. Saytta bundan əlavə daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorlar da təqdim edilib. Belə ki, vətəndaşlar səhifədəki pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər.  Burada vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələri də təqdim edilib. Saytda dövlət qurumlarının qaynar xətləri, şəxsiyyət vəsiqəsinin alınması qaydası, kommunal xidmətlərin tarifləri və digər sahələrlə bağlı ətraflı məlumat yerləşdirilib.