Cəmiyyət

Nəqliyyat Nazirliyinin müvafiq strukturları, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və dəmir yolları gücləndirilmiş iş rejiminə keçib

16-02-2011 | 16:05        

  

Qeyri-sabit hava şəraiti səbəbindən Nəqliyyat Nazirliyinin müvafiq strukturları, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və dəmir yolları gücləndirilmiş iş rejiminə keçib. Yolların buz bağlamasını nəzərə alaraq bütün avtobuslar bir daha texniki baxışdan keçirilir. Müvafiq normativlərə uyğun olan avtobuslar xəttə buraxılır. Avtovağzalda yaradılmış xüsusi komissiya bilet satışına və hərəkət cədvəlinə ciddi nəzarət edir. Regionlarda yolların qar örtüyü ilə bağlanması ilə əlaqədar bəzi istiqamətlərdə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Qazax istiqamətində hərəkət edən avtobusların sayı isə xeyli artırılıb. Çünki bu istiqamətdə hərəkətin intensivliyi daha yüksəkdir. Eyni zamanda bölgələrdəki avtovağzalların da iş qabiliyyəti artırılıb.