Siyasət

ATƏT-in həlli uzanan münaqişələr üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

11-01-2011 | 14:15        

  

ATƏT-in həlli uzanan münaqişələr üzrə xüsusi nümayəndəsi Qedryus Çeku-olis fevralın axırlarında  Azərbaycana səfər edəcək. Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, bu onun Cənubi Qafqaz regionuna ilk gəlişi  olacaq. Hazırda səfərin proqramı tərtib edilir. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışan ATƏT nümayəndəsi bildirib ki, Litva ATƏT-ə sədrlik dövründə həlli uzadılan münaqişələrin nizamlanmasında, əsasən də Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət nəticələrin əldə olunmasına çalışacaq. Münaqişənin nizamlanmasına dair danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır, deyən qurum nümayəndəsi onu da əlavə edib ki, münaqişənin razılaşdırılan qaydada və prinsiplər əsasında həll edilməsi Cənubi Qafqaza sülh və sabitlik gətirəcək.