Mədəniyyət

Uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinə yekun vurulub

16-02-2011 | 13:18        

  

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən  uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinə yekun vurulub.  Birinci yerin qalibi  Lalə Abbasovanın müəllifi olduğu “Balaca ev” seçilib.    Pərviz Məmmədovun    “Hər işdə bir xeyir var”  və Elçin Musaoğlunun  “Bağa qınını bəyənmədi” ssenariləri ikinci yerə layiq görülüb.  
Müsabiqənin 3-cü yerdə qərarlaşan qalibləri isə Vüqar Haqverdiyevin    “Özgəyə quyu qazan, özü düşər” və Ayna Qənbərovanın   “Əsil insan” ssenariləridir. Birinci yeri tutan  ssenari 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq. Digər qaliblərə isə pul mükafatı veriləcək.