Siyasət

Türkiyə Böyük Millət Məclisinin növbəti iclasında Xocalı Soyqırımının 19-cu il dönümü ilə bağlı növbədənkənar çıxış olacaq

16-02-2011 | 13:09        

  

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin növbəti iclasında  Xocalı Soyqırımının 19-cu il dönümü ilə bağlı növbədənkənar çıxış  olacaq. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf partiyasından olan  millət vəkili Mustafa Kabakçı Türkiyə Böyük Millət Məclisində ermənilərin törətdiyi Xocalı soyqırımından, azərbaycanlıların başına gətirilmiş faciədən danışacaq. Türkiyə parlamentinin həyətində faciənin ildönümü münasibətilə mitinq də keçiriləcək. Parlamentdə bundan başqa soyqırımla bağlı bir sıra tədbirlərin də keçirilməsi nəzərdə tutulub.