İqtisadiyyat

Azərbaycanda 2011-ci ildə qeyri neft sektorunda 6 faiz artım olacaq

15-02-2011 | 18:23        

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyası səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. Ölkəyə 1 həftəlik səfər çərçivəsində fondun missiyası yüksək dövlət rəsmiləri, özəl sektor vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələri ilə görüşüb. Missiya səfərin yekunlarına dair bəyanat da yayıb.

Qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı indi də artan templə davam edir. Bu sözləri Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Nadim İlahi bildirib. ötən il qeyri neft sektorunda da yüksək iqtisadi artım tempi müşahidə olunub. Və bu artım geniş dövlət investisiya xərcləri ilə əhəmiyyətli dərəcədə stimullaşdırılıb. Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Nadim İlahi : “Azərbaycanın 2011-ci il üçün perspektivləri də ümidvericidir. Bu il ümumdaxili məhsulun artım tempi 6%-i üstələyəcək. o cümlədən qeyri-neft sektorunda 6%-ə bərabər olacağı gözlənilir. Azərbaycanda bu il inflyasiyanın səviyyəsi 10%-ə çata bilər ki, bunun da əsas səbəbi dünyada ərzaq məhsullarının bahalaşması ilə bağlıdır. Çünki 2011-ci ildə dünyada ərzaq məhsullarının qiymət artımı 16%-ə çata bilər”. Nadim İlahi onu da deyib ki, Beynəlxalq Valyuta Fondu makroiqtisadi sabitliyini saxlanılması, idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması və yüksək artım tempinin təmin olunmasının tərəfdarıdır və bunun üçün hər cür dəstək verməyə hazırdır.