Mədəniyyət

3-cü Respublika televiziya muğam müsabiqəsinə start verilib

15-02-2011 | 17:50        

  

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 3-cü Respublika televiziya muğam müsabiqəsinə start verildi. 20 nəfər iştirakçının  vəsiqə qazandığı müsabiqə 3 ay davam edəcək.  Yarışma Azərbaycan Dövlət Televiziyası, eləcə də yenicə fəaliyyətə başlayan Mədəniyyət kanalı vasitəsilə canlı yayımlanacaq.

Beynəlxalq Muğam Mərkəzində keçirilən mərasimin birinci turunda ilk olaraq  10 nəfər iştirakçı öz istedadını nümayiş etdirdi. İfaçıların çıxışları tanınmış incəsənət ustalarının daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qeyd edək ki, iki mərhələdən ibarət seçim turunda 18-35 yaşlı ifaçılar iştirak edib. Respublika müsabiqəsi bitdikdən sonra mart ayında Beynəlxalq muğam festivalı keçiriləcək.

 


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR