Digər

ABŞ-da avtomobil şousu keçirilir

11-01-2011 | 14:06        

  

Amerika Birləşmiş Ştatlarının Detroyt şəhərində Beynəlxalq Avtomobil Şousu keçirilir. Sərgidə dünyanın məşhur avtomobil istehsalçılarının təqdim etdiyi 40 yeni model nümayiş olunur. Ən böyük avtomobil sərgilərindən bir olan Detroyt avtoşousunda sərgilənən  yeni modellər arasında Audi, BMW, Kraysler və Volkswagen kimi şirkətlərin avtomobilləri böyük rəğbətlə qarşılanıb. Ən çox maraq doyuran avtomobillər arasında Toyotanın ekoloji modeli olan Prius olub. Bu modelin digərlərindən fərqi həm benzin, həm də elektriklə çalışmasıdır. Chevrolet, Buick və Ford şirkətləri isə küçələrdə tıxacların azaldılması üçün daha çox kiçik həcmli modellərə üstünlük veriblər. "General Motors"ın sərgilədiyi Buick Verano, Opel Astra əsasında dizayn edilən model olmasa da, daha böyükdür. Sərgilənən maşınların arasında ən çox diqqəti çəkən isə lüks kateqoriyasından olan və “superkar” adlandırılan Porsche  918 Spyderdir. Bu avtomobillərin ilkin satış qiyməti 650 min dollar müəyyənləşdirilib. Sərgidə münsiflər heyəti tərəfindən ilin ən yaxşı avtomobili də seçiləcək.  Xatırladaq ki, ötən il ən yaxşı avtomobil titulunun sahibi Ford Füjın Hibrid olub. Bu il də şirkət rəsmiləri yeni Ford Fokus modeli ilə bu titulu saxlaya biləcəklərinə inanırlar.